Lənkəranda həkimin evindən 80 min manatlıq oğurluq edən şəxs tutulub
- 16-12-2019, 15:41
- 1 273
Bu barədə Daxili İşlər Nazirliyini məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 12-də rayon ərazisindəki evlərin birindən 45000 ABŞ dolları və 3500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Veravul kənd sakini F.Əhədzadə saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.