Bakıda mağazadan bahalı saatlar oğurlanıb
- 14-12-2019, 14:23
- 838
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, oğurluq hadisəsi barədə “102” Zəng Mərkəzinə müraciət daxil olub.
Məlumatla əlaqədar Yasamal Xətai Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
İnşaatçılar prospektində yerləşən mağazadan 12 000 manat dəyərində 3 ədəd “Rado” markalı qol saatının oğurlandığı müəyyən edilib.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 27-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri A.Abdullayev və T.Qurbanov saxlanılıb.