Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanıldı
- 14-12-2019, 12:18
- 571
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.