Bakıda əyləncə mərkəzinə oğru girdi - 40 min götürüb qaçdı

Hadisə

Sabunçu rayonu ərazisindəki ofislərin birindən və uşaq əyləncə mərkəzindən pul oğurlayan şəxs saxlanıldı.

DİN-ə istinadən xəbər veririk ki, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki ofislərin birindən 40.000 manat və bir uşaq əyləncə mərkəzindən də pul oğurlamaqda şübhəli bilinən A.Həsənov saxlanılıb.