DİN-dən adam bıçaqlayan polislə bağlı AÇIQLAMA
- 11-12-2019, 14:40
- 763
Bərdə Rayon Prokurorluğundan verilən açıqlamaya görə, dekabrın 10-u saat 23 radələrində Bərdə şəhəri, Bakı küçəsində yerləşən “Bazarstore” mağazasının qarşısında Bərdə rayon sakini, 1980-cı il təvəllüdlü Nicat Allahverdiyevin bıçaqlanması barədə barədə məlumat daxil olub. Dərhal polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin edilib. İlkin istintaqla 1994-cü il təvəllüdlü Feruz Əhmədovun şəxsi münasibət zəminində borc üstündə aralarında yaranmış mübahisə zamanı N.Allahverdiyevi bıçaqla vuraraq qəsdən adam öldürməyə cəhd etməsinə şübhələr müəyyən edilib.