Bakıda ana ilə bərabər, 5 yaşlı qızı və 4 yaşlı oğlunu vurub qaçan sürücü həbs edildi
- 10-12-2019, 14:47
- 739
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, noyabrın 24-də saat 22 radələrində Nərimanov rayonunun M.Nərimanov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakinləri E.Məmmədova, 5 yaşlı qızı və 4 yaşlı oğlu vurulub.
Nəticədə piyadalar xəstəxanaya yerləşdiriliblər.
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "VAZ-2106” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini K.Quliyev müəyyən edilərək saxlanılıb.