Evdən 1000 manat və bank kartı oğurlandı - Bakıda
- 10-12-2019, 14:15
- 856
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 7-də rayon ərazisindəki evlərin birindən 1000 manat və bank kartı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri olan 5 nəfər saxlanılıb.