Bakıda polis maşını piyadanı vuraraq öldürdü

Hadisə

Bu gün Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, Sabunçu rayon Polis İdarəsindən (RPİ) bildirilib ki, Çevik Polis Alayına məxsus “Fiat Doblo” markalı avtomobil yolu keçən piyada Telman Hacıyevi vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı RPİ-də araşdırma aparılır.