Azərbaycanda namus üstündə qətl - Qatil özü təslim oldu

Hadisə

Cəlilabadda qətl törədilib.
Hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb.
Kənd sakini Əli Əliyev aralarında yaranmış mübahisə zəminində həmyerlisi Nemət Astanovu çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirib.
İlkin ehtimala görə, hadisə namus üstündə baş verib. Əli Əliyev qətli törətdikdən sonra könüllü polisə gələrək təslim olub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.