Gəncədə və Bakıda 18 nəfərə qarşı dələduzluq edən şəxslər tutulub
- 5-12-2019, 15:55
- 624
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsi və Metropolitendə Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 18 vətəndaşa qarşı dələduzluq etməkdə şübhəli bilinənlər - Bakı şəhər sakinləri M.Şərifov, əvvəllər məhkum olunmuş M.Abdullayev, Şəki rayon sakini V.Abdullayev və Gəncə şəhər sakini, əvvəllər də dələduzluğa görə məhkum olunmuş Ş.Musayev saxlanılıblar.
Faktlarla bağlı araşdırma aparılır.