Polis əməliyyat keçirdi – Aralarında qadın da olan dəstə yaxalandı
- 4-12-2019, 14:01
- 869
Daxili İşlər Nazirliyinə istinadən xəbər veririk ki, Kriminalistik Tədqiqatlar İdarəsi, Təhlükəsiz Şəhər Xidməti və Cəlilabad RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 1-də Cəlilabad rayonu ərazisindəki evlərin birindən 265 manat, 800 ABŞ dolları və 6690 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Z.Xasayzadə, İ.Mikayılov, E.Məmmədov və E.Həsənova saxlanılıb.
Tutulan dəstə üzvləri ilə bağlı əlavə araşdırmalar aparılır.