Tərtərdə doğuş zamanı körpə ölüb

Hadisə

Tərtərdə doğuş zamanı ölüm hadisəsi baş verib.

Hadisə Tərtər Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Rayon sakini Səbinə Mehdiyeva doğuş məqsədi ilə xəstəxanaya daxil olub. Doğuş zamanı körpə ölüb.

Həmin faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.