Abşeronda SİLAHLI İNSİDENT - Gənc oğlan ürəyindən güllələndi

Hadisə

Abşeron rayonunda gənc oğlan güllələnərək qətlə yetirilib.

Hadisə Pirəküşkül qəsəbəsində baş verib.

İnsident zamanı 1991-ci il təvəllüdlü Xəlilov Kamran Əli oğlu ürək nahiyəsinə tapançadan açılan atəş nəticəsində öldürülüb. Rayon Prokurorluğundan qətlin şəxsi münasibətlər zəminində törədildiyi bildirilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunun əməkdaşları tərəfindən araşdırma aparılır.