Polisin Lənkəranda keçirdiyi əməliyyat nəticəsində 12 kiloqramdan çox narkotik maddə götürülüb
- 28-11-2019, 16:07
- 744
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, polis əməkdaşları tərəfindən Ş.Əsgərovun narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilib. Narkotiklərin qanunsuz dövriyyəsində ona vasitəçilik etməkdə şübhəli bilinən Qurumba kənd sakini, əvvəllər məhkum olunmuş S.Rüstəmov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.