Oğuz rayon sakini narkotik vasitə ilə saxlanılıb
- 28-11-2019, 10:10
- 887
DİN Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, narkotik vasitə saxlamaqda şübhəli bilinən rayonun Xaçmaz kənd sakini Kür Zakirov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 ədəd bükümdə 9,36 qr narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Davam etdirilən əməliyyat tədbirləri ilə K.Zakirovun idarə etdiyi “VAZ 2106” markalı avtomobilə baxış keçirilən zaman sellofan torbada 440 qr qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.