Murad Dadaşovun obyektində ÖLÜM

Hadisə

Dünən xalq artisti, tanınmış şou-men Murad Dadaşova məxsus “Côte d`Azur” şirniyyat mağazasında ölüm hadisəsi qeydə alınıb.

Mediapress.az-a istinadən xəbər veririk ki, hadisə axşam saatlarında baş verib.
Belə ki, 60-a yaxın yaşı olan qadın işçinin qəflətən ürəyi tutub. Həmkarları təcili yardıma zəng vurublar. Həkimlər özlərini yetirsələr də, şirniyyat mağazasının işçisinin həyatını xilas etmək mümkün olmayıb.