Keçmiş məhkum iş başında yaxalandı...
- 19-11-2019, 12:45
- 885
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, noyabrın 17-də saat 1 radələrində Quba rayonu ərazisində yerləşən və xüsusi vasitələrlə qorunan marketlərin birindən oğurluq edilməsi ilə əlaqədar Quba Regional Mühafizə Şöbəsinə həyəcan siqnalı daxil olub.
Həyəcan siqnalı ilə polis əməkdaşları dərhal hadisə yerinə gələrək marketdən oğurluq etməyə cəhd göstərmiş rayon sakini, əvvəllər məhkum olunmuş 47 yaşlı E.Məmmədovu saxlayaraq, RPŞ-yə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.