"Natura” MMC-nin əməkdaşı çalışdığı şirkəti soydu
- 18-11-2019, 17:12
- 1 066
“Natura” MMC-nin Anar adlı əməkdaşı şirkətdən xeyli miqdarda oğurluq edib.
Belə ki, o, çalışdığı şirkətdən tikinti materialı oğurlayıb.
Daha sonra şirkət rəhbərliyi hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Polis əməkdaşları tərəfindən aparılan tədbirlər nəticəsində “Natura” MMC-yə vurulan maddi ziyan ödənilib.