Şəkidə maşınını aşıran sürücünü xilas etmək mümkün olmadı

Hadisə

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, noyabrın 10-da saat 16:30 radələrində Şəki rayonu Turan qəsəbəsi ərazisində rayonun Sarıca kənd sakini Ziyad Rüstəmov idarə etdiyi “Opel” markalı avtomobili aşırmışdır. Nəticədə sürücü aldığı bədən xəsarətlərindən xəstəxanaya aparılarkən yolda ölmüşdür.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.