Bakı məktəbində şagird bıçaqlandı: Dərsdə və müəllimin gözü qarşısında - TƏFƏRRÜAT
- 3-04-2017, 15:23
- 13 481
Məlumatı təsdiqləyən 146 saylı məktəbin direktor köməkçisi deyib ki, hadisə məktəbin həyətində qəflətən baş berib. Belə ki, hərbi hazırlıq dərsi keçirilən zaman əqli cəhətdən zəif olan bir şəxs qəflətən Rəşadın bud nahiyyəsinə bıçaqla zərbə endirib.
Şagird aldığı xəsarətdən xəstəxanaya yerləşdirilib: “Bıçaqlanan X sinif şagirdi Rəşaddır. Soyadını bilmirəm. Hadisə müəllimin gözü qarşısında baş verib. Yoldan keçən əqli cəhətdən zəif 30 yaşında şəxs bıçaqla uşağın bud hissəsini yaralayıb. Həmin şəxs o dəqiqə yaxalanıb və Suraxanı rayon polis idarəsinin əməkdaşları tərəfindən aparılıb. Şagirdin vəziyyəti bildiyimiz qədər normaldır”.