Bakıda “MedAura” klinikasında 37 yaşlı qadın can verdi
- 25-10-2019, 11:17
- 1 244
Hadisə oktyabrın 24-də Nəsimi rayonu ərazisində yerləşən “MedAura” klinikasında baş verib.
Belə ki, 1982-ci il təvəllüdlü Pərvanə Ağayeva həmin klinikada həyata keçirilən estetik əməliyyat zamanı anesteziya edildikdən sonra dünyasını dəyişib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.