Bakıda ağır qəza: ata və oğlu yaralandı
- 21-10-2019, 10:11
- 783
Qəza Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Babayev Əli İlyas oğlu və onun 10 yaşlı övladı Babayev İlyas Əli oğlu xəsarət alıb.
Yaralılar təcili yardımın köməyilə paytaxtın özəl xəstəxanalarından birinə yerləşdirilib.
B.Əliyə kəllə-beyin travması, ayağın kəsilmiş yarası, B.İlyasa isə kəllə-beyin travması diaqnozu qoyulub. Hazırda polis qəzanın təfərrüatını araşdırır.