Bakıda keşmiş polis işçisi tələbə qızı maşınla vurub öldürdü
- 11-10-2019, 17:04
- 1 532
Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.
Bildirilir ki, Bakı şəhər sakini A.Ağayev idarə etdiyi “BMW” markalı, 90 DH 530 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Solmaz Abdullayevanı vurub.
Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Baş Dövlət Yol Polis İdarəsindən "Baku.ws"ə verilən məlumata görə, Avtomobili idarə edən A.Ağayev sabiq polis əməkdaşıdır. Hazırda həmin şəxs təqaüddədir.
Solmaz Abdullayeva Azərbaycan Dövlət Pedaqoji Universitetində “Riyaziyat” fakultəsində təhsil alırdı.