"BMW” piyadanı vurdu - Polis yaxınlarını axtarır
- 11-10-2019, 14:51
- 875
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, piyadanın üzərindən heç bir sənəd aşkar olunmayıb.
Həmin kişinin əlamətləri belədir: yaşı 50-60 arası, boyu 163 sm, arıq bədən quruluşlu, saçları qara, gözlərinin rəngi aladər. Əynində qara kostyum, boz köynək və qara şalvar olub.
Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Göygöl Rayon Polis Şöbəsinə və (022) 205-22-79; (055) 545-11-02 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.