Azərbaycanda DƏHŞƏT: Qayınata əsəbləşib, maşınla gəlininin üstündən keçdi

Hadisə

Tərtər rayonunda qayınata əsəbləşərək avtomobillə gəlininin üstündən keçib.

Hadisə rayonun Şıxarx qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı yaşayış massivində baş verib.

Hələlik şəxsiyyəti məlum olmayan kişi gəlinini minik avtomobili ilə vurub. Ağır bədən xəsarətləri alan gənc qadınxəstəxanaya yerləşdirilib. Hadisənin ailə münaqişəsi zəminində və qəsdən törədildiyi bildirilir.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qayınata əsəbləşərək avtomobillə gəlininin üstündən keçib.

Baş verən hadisə ilə bağlı hüquq mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıblar.