İcra başçısı müavininin arvadı özünü asdı - Qəbələdə şok hadisə
- 30-03-2017, 16:23
- 16 121
Məlumatı rayondakı mənbələr verib.
Məlumatda deyilir ki, qadın özünü Nohurqışlaq kəndində yaşadıqları evin tualetində asıb. Qadının niyə intihar etdiyi barədə dəqiq məlumat verilmir. Güman edilir ki, ailə-məişət zəminində olub.
Dəqiqləşdirmə üçün Qəbələ rayon İcra hakimiyyəti ilə əlaqə saxladıq. İcra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova bildirdi ki, biz də məlumatdan oxumuşuq, doğru olub-olmadığını bilmirik. Arif Allahverdiyevin nömrəsini istədikdə isə telefon dəstəyini asıb.
Arif Allahverdiyev isə telefon zənglərinə cavab verməyib.
azadlıq