Sosial Evlərin tikintisində 50 minlik material oğurlanıb
- 25-09-2019, 14:00
- 966
Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 20 ha ərazidə çoxmənzilli yaşayış kompleksinin tikintisi ilə əlaqədar 2018-ci il 27 aprel tarixində elan etdiyi tender üzrə qalib gələn şirkətlərdən biri, “Hünər – İnşaat” Firması Suraxanı RPİ-yə müraciət edib. Şirkət rəsmiləri bildiriblər ki, tikinti meydançasından 50 min manatlıq tikinti materialları oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, “Hünər İnşaat” firması 2017-ci ildən bu günədək MİDA-nın elan etdiyi tenderlərdə 4 dəfə qalib gəlib və ümumilikdə, bu şirkətlə təmxinən 41 milyon manatlıq müqavilə imzalanıb.