Azərbaycanlı cərrah Türkiyədə saxlanıldı – Rüşvətə görə + FOTO

Hadisə

Azərbaycanlı plastik cərrah Elnarə Məmmədova Türkiyədə saxlanılıb.

DHA xəbər verir ki, 38 yaşlı həmyerlimiz rüşvət almaqda ittiham edilir.

Bildirilir ki, 2017-ci ildən Hakkari Dövlət Xəstəxanasında plastik cərrahiyə ilə məşğul olan qadın 8 xəstədən müxtəlif məbləğlərdə bıçaq pulu tələb edib. E.Məmmədova haqqında araşdırma başlanılıb.

O, xəstələrin birindən 1500 türk lirəsi (təxminən 450 AZN) alarkən tutulub.