Goranboyda ana doğuş zamanı ölüb
- 6-09-2019, 17:06
- 787
Hadisə Goranboy Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində baş verib.
1997-ci il təvəllüdlü, rayon sakini Quliyeva Əfsanə Əfqan qızı doğuş zamanı həyatını itirib. Doğuş zamanı Ə. Quliyevanın qız övladı dünyaya gəlib.
Ana ölümünün səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.