Məktəb direktoru qəza törətdi: - ölən var
- 6-09-2019, 11:33
- 655
Hadisə Gəndob-Yalama yolunun Qusarçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Xaçmaz rayonunun Nabran qəsəbə sakini, 59 yaşlı Mirbala Orucov idarə etdiyi "Hunday Sonata" markalı avtomobillə piyada, 59 yaşlı Qusarçay kənd sakini İslam Canıyevi vurub. Qəza nəticəsində piyada ölüb.
Qeyd edək ki, qəzanı törədən M.Orucov Nabran orta məktəbinin direktorudur.
Faktla bağlı araşdırma aparılır.