Ülgüclə intihara cəhd etdi - Məhkəmədə gözlənilməz olay

Hadisə

Ötən gün Salyan rayon Məhkəməsinin inzibati binasında intihara cəhd olub.

Hadisə dünən saat 14:50-də qeydə alınıb.

Məhkəmənin iclas zalında keçirilən məhkəmə prosesi zamanı cinayət üzrə təqsirləndirilən Kamran Soltan oğlu Hüseynov ağzından çıxardığı üzqırxanın ülgüc hissəsilə qəflətən özünə xəsarət yetirib.

Ona ilkin tibbi yardım göstərdikdən sonra Salyan rayon polis şöbəsinə yerləşdirilib.

Faktla bağlı Salyan rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

(baku.ws)