Sabirabadda ata yeddi yaşlı oğlunu çəkiclə öldürüb

Hadisə

Sabirabad rayonunun Ulacalı kəndində dəhşətli qətl törədilib.
Kənd sakini, 1987-ci il təvəllüdlü Röyal Şakir oğlu Məmmədov yeddi yaşlı oğlunu baş nahiyəsindən çəkiclə vuraraq qətlə yetirib.

Röyal Məmmədov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.