Neftçalada balıqçı balıq toruna ilişərək suda boğulub

Hadisə

Neftçala sakini balıq ovunda suda boğulub.

Hadisə rayonun kürkən kəndi ərazisində baş verib. Belə ki, Neftçala şəhər sakini, 1996-cı il təvəllülü Hüseynov Murad Mübariz oğlu su kanalında balıq tutan zaman balıq toruna ilişib və suda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.