Yabanı halda bitmiş çətənə kolları məhv edildi
- 28-08-2019, 09:48
- 613
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Altıağac qəsəbəsində yerləşən meşəlik ərazidə yabanı halda bitmiş hündürlüyü 80-220 sm olan 267 ədəd çətənə kolu aşkar olunub. Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.
Faktla bağlı Xızı RPŞ-də araşdırma aparılır.