Bakıda jurnalisti döyən şəxs SAXLANILDI
- 26-08-2019, 19:47
- 729
Bu barədə Bakı şəhər BPİ Mətbuat Xdimətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. O, qeyd edib ki, hadisənin təfərrüatları ilə bağlı təhqiqat araşdırmaları başlayıb, bədən xəsarəti ilə bağlı ekspertiza təyin olunub, tərəflərin izahatı alınıb. Faktla bağlı aparılan araşdırmalar zamanı sürücü tanımadığı şəxslə aralarında yaranan mübahisə ilə bağlı bildirib ki, Binə qəsəbəsi, Atçılıq yolunda baş verən insidentə onun nalayiq sözlərlə təhqir olunması səbəb olub, o da bundan əsəbləşərək qarşı tərəfə əl zərbəsi ilə xəsarət yetirib.
Faktla bağlı araşdırmalar davam etdirilir, toplanan materiallar əsasında ictimai təhlükəli əmələ hüquqi qiymət veriləcəkdir.