"Mars A MTK"dan vətəndaşa qarşı 120 minlik DƏLƏDUZLUQ

Hadisə

Azərbaycanda tikinti şirkəti daha bir şəxsə qarşı dələduzluq edib.

"Report"a istinadən xəbər veririk ki, Bakı sakini 57 yaşlı Rəşid Hüseynov Səbail rayonu üzrə hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, "Mars A MTK" adlı tikinti şirkətinin əməkdaşları Xalid və Araz onu aldadaraq 120 min manatını dələduzluqla alıb.

Faktla bağlı araşdırma aparılır.