10 yaşlı qızın başına ağac düşdü

Hadisə

Sumqayıt şəhəri, 12-ci mikrorayonda, 10 yaşlı qızın başına ağac budaqları sınıb tökülüb.

Səhiyyə Nazirliyindən bildirilib ki, Sumqayıt şəhər xəstəxanasına çatdırılan xəstəyə qapalı kəllə-beyin travması və gicgah nahiyəsindən beyin əsasına keçən sınıq diaqnozu qoyulub.

Hazırda reanimasiya şöbəsində müalicəsi davam edir, huşu aydındır. Vəziyyəti orta-ağırlıqdadır.