Dişini çəkdirmək istəyən qız komaya düşdü - Azərbaycanda daha bir həkim dəhşəti

Hadisə

Cəlilabad rayonunda dişini çəkdirmək istəyən qadın komaya düşüb.
Rayon sakini 1991-ci il təvəllüdlü Şahbazova Könül Bavədar qızı dişin çəkdirmək üçün rayonda yerləşən stamatoloji məntəqələrdən birinə gedib.

Məntəqədə çalışan diş həkimi onun dişini keyitmək məqsədi ilə 3 iynə vurub. Qadının dişi çəkilən zaman o huşunu itirib. Daha sonra xəstə xəstəxanaya çatdırılıb. Həkimlər qadının vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.