Millət vəkilinin qızının evinə basqın olub
- 27-03-2017, 23:32
- 1 645
Məlumata görə, naməlum şəxslər deputat Tahir Süleymanovun qızının Şabran şəhərində yerləşən evini qarət ediblər.
Oğruların evdən külli miqdarda qızıl və müxtəlif növ zinət əşyaları apardığı bildirilir. Məsələ ilə bağlı Tahir Süleymanovdan münasibət öyrənmək üçün ona dəfələrlə zəng olunsa da telefonun dəstəyini qaldıran olmayıb.
Qeyd edək ki, Tahir Süleymanovun bir qız övladı var və o, Şabran xəstəxanasında həkim işləyir.