Mingəçevirdə çay evində baş vermiş bıçaqlanma hadisəsini törədənlər istintaqa cəlb olunublar
- 29-07-2019, 17:44
- 600
Baş Prokurorluqdan verilən məlumatda deyilir ki, iş üzrə zəruri ekspertizalar təyin edilmiş, şahidlər dindirilmiş, cinayətin törədilməsində istifadə olunan bir ədəd bıçaq maddi sübut kimi götürülmüş və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılmışdır.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Kənan Quliyev və Razi Əliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, onlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir