Azərbaycanda yüksək çinli məmur QƏZAYA DÜŞDÜ - ciddi bədən xəsarətləri alıblar

Hadisə

“Aztelekom” MMC-nin Kommersiya departamentinin direktoru Elçin Cabarov avtomobil qəzasına düşüb.

Musavat.com xəbər verir ki, qəza Göytəpə ərazisində baş verib. Belə ki, Göytəpə ərazisində E. Cabarovun içərisində olduğu “Mercedes” markalı avtomobilin qarşısına it çıxıb.

İti vurmamaq üçün sükanı çevirən sürücü, idarəetməni itirib. Nəticədə E. Cabarov və maşında olan digər şəxs ciddi bədən xəsarətləri alıblar. Qəzaya düşən şəxslər Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Elçin Cabarovun Masallı rayonuna iş görüşməsi üçün getdiyi bildirilir.