Ağsuda güclü yanğın başlayıb - 2 rayonun FHN-si səfərbər oldu

Hadisə

Ağsu rayonunda güclü yanğın başlayıb.

Hadisə rayonun Keçdiməz kəndinin dağlıq ərazisində baş verib. Quru ot sahəsində başlanana yanğın qısa müddətdə yayılıb.

Hadisə yerinə Ağsu və Şamaxı rayonlarından yanğın-mühafizə xidmətinin canlı qüvvə və texnikaları cəlb edilib.