Bakıda pedofil saxlanılıb

Hadisə

Bakı şəhərində azyaşlı qızlara qarşı seksual hərəkətlər etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
İctimai yerlərdə azyaşlı qızlara qarşı əxlaqsız seksual hərəkətlər edən 1961-ci il təvəllüdlü Nuşirəvan Məhərrəmov Xətai rayonunda ələ keçib.

Xətai polisi onu saxlayandan sonra N.Məhərrəmovun daha bir neçə rayonda eyni hərəkətləri etdiyi məlum olub.

Araşdırma aparılır.