Goranboyda qayınata gəlinini öldürdü

Hadisə

Goranboyda qətl hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə günorta saatlarında qeydə alınıb.

Belə ki, qayınata gəlinini bıçaqlayaraq öldürüb. Qətlin təfərrüatı hələlik tam məlum olmasa da, hadisənin qısqanclıq zəminində baş verdiyi deyilir.