Masallıda DƏHŞƏT: yük maşını ilə mikroavtobus toqquşub - 8 nəfər ölüb

Hadisə

Masallıda yük maşını Mersedes "Vito" markalı mikroavtobusla toqquşub.

Hadisə nəticədə 8 nəfər ölüb. Bir nəfər müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Məlumat verilir ki, yaralı qadındır. Məlumata görə, ölənlərin isə 2-si qadın, 3-ü kişi və digər 3-ü məktəblidi.

Hadisə zamanı xəsarət alan qadının 24 yaşı var. O, hazırda reanimasiyadadır.

Bildirilir ki, qəzaya düşənlər toya gedirlərmiş.