Balakən və Şəkidə yabanı halda bitən narkotik bitkilər yandırılıb
- 1-07-2019, 10:47
- 795
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Balakən RPŞ-nin əməkdaşları tərəfindən rayonun Gərəkli kəndi ərazisində çay kənarında yabanı halda bitmiş ümumi çəkisi 1 tondan artıq olan 1783 ədəd, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Çapağan kəndi ərazisində 3570 ədəd narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yandırılma yolu ilə məhv edilib.
Faktlarla bağlı araşdırma aparılır.