Hövsan Dəniz Limanında faciə - 31 yaşlı fəhlə konteynerin arasında qalıb öldü
- 29-06-2019, 11:43
- 1 298
Hadisə Hövsan Dəniz Limanında baş verib.
"Hestinq-İnterprayz Corporation" şirkətin Azərbaycanda fəaliyyət göstərən nümayəndələri tərəfindən Gürcüstandan Qazaxıstana dondurulmuş toyuq budları göndərərkən Hövsan Dəniz Limanında konteynerlərin kranla gəmiyə yüklənməsi zamanı orada fəhlə işləyən, 1988-ci il təvəllüdlü Bünyadov Ədalət Məhəmmədfüzuli iki konteynerin arasında sıxılmış vəziyyətdə qalıb.
Ə. Bünyadov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsini qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.