Evinin həyətyanı sahəsini narkotik plantasiyasına çevirən Zaqatala sakini saxlanılıb
- 28-06-2019, 10:59
- 842
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zaqatala rayonu Aşağı Tala kənd sakini, əvvəllər məhkum olunmuş Hüseyn Ramazanov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradakı istixanadan 335 ədəd narkotik bitki hesab edilən çətənə kolları və 117 ədəd çətənə bitkilərinin şitilləri aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.