MAL-QARA OĞRULARI SAXLANILDI
- 24-06-2019, 16:37
- 634
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş 37 yaşlı Elvin İsmayılov və 30 yaşlı Nicat Qulamov saxlanılıb.
Aparılan istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin Tərtər rayonunda da analoji cinayət hadisələrini törətməklə 1 baş iri buynuzlu heyvanı oğurladıqları müəyyən olunub. Dindirilmə zamanı onlar törətdiyi oğruluq hadisələrini etiraf ediblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.