"Megafun"da helium şarları partladı - 10 nəfər xəsarət aldı

Hadisə

"Megafun" Əyləncə Mərkəzində helium şarlarının partlaması nəticəsində 3 nəfər yanıq xəsarəti alıb.

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov "Report"a verdiyi məlumata görə, 53 yaşlı qadın və 54 yaşlı kişi (ər-arvad) hər iki ətrafın yanığı, 21 yaşlı oğlan isə sağ əlin yanığı diaqnozu ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Məlumata görə, daha 7 nəfərə hadisə yerində tibbi yardım göstərilib.



**** 21:57

"Megafun" Əyləncə Mərkəzində insan tələfatı və yanğınla nəticələnən partlayışın baş verməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Bunu report-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib.

E.Hacıyev bildirib ki, həmin əyləncə mərkəzində ailə tədbirlərinin birində asılmış helium şarları animatorların ehtiyatsızlığından partlayıb. Nəticədə 2 azyaşlı və 4 böyük olmaqla 6 nəfər yüngül bədən xəsarətləri alıb. Onlara tibbi yardım göstərilib və həyatları üçün təhlükə yoxdur.

Faktla bağlı animatorlar Xətai Rayon Polis İdarəsində dindirilərək izahatları alınıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.